NATO Ukraynaya dəstək bəyanatları verib

NATO Ukraynaya dəstək bəyanatları verib
  27 Fevral 2014    Oxunub:1118
NATO ölkələrinin Müdafiə Nazirləri toplantısı Ukraynaya dəstək bəyanatlarıyla yadda qalıb.
Şimali Atlantika Alyansı üzüvləri son günlər Ukraynada baş verən hadisələrə münasibət bildiriblər. Qruma üzv dövlətlər açıq şəkildə bəyan ediblər ki, Ukraynanın bütövllüyü və stabilliyi NATO üçün vacib şərtdir. İttifaqın Müdafiə Nazirləri qeyd ediblər ki, NATO Ukraynanın parçalanmasına heç bir vəchlə imkan verməyəcək.

Belə cəhdlərin ciddi təhlükə olduğunu qeyd edən Şimali Atlantika Alyansı üzüvləri Ukraynadakı stabilliyin Avropa üçün çox vacib əhəmiyyət daşıdığını qeyd ediblər.

Toplantıda o da qeyd olunub ki, NATO Ukrayna ilə imzalanan Müttəfiqlik müqaviləsinə sona qədər əməl edərək bu ölkənin ərazi bütövlüyünün qorunması üçün əlindən gələni edəcək. Xatırladaq ki, Ukraynada Viktor Yanukoviç hakimiyyəti devrildikdən sonra Krımda ruslar ayağa qalxaraq Krımın Ukraynadan ayrılmasını tələb edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti