Ukrayna Rusiyaya nota verdi
Bu gün A.Vorobyova 1997-ci il mayın 31-də Ukrayna ilə Rusiya arasında "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında" müqavilənin 7-ci maddəsinə uyğun olaraq təcili ikitərəfli məsləhətləşmələrin aparılması üzrə nota, eləcə də Ukrayna ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyanın Qara dəniz Donanmasının hərbi bölmələrinin dislokasiyadan kənar hərəkətlərdən çəkinməsi xahişi ilə nota təqdim edilib.
Notada deyilir: "1994-cü il 5 dekabr tarixli Budapeşt Memorandumuna görə qarant ölkə kimi Rusiya Federasiyasının Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyi götürdüyü ayrıca qeyd edilib".
AzVision.az