Krımda qiyam başlayır?- CANLI YAYIM
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, 30-a qədər silahlı şəxs Krım Ali Radasını və Hökumət binasını ələ keçirib.
Silahlı şəxslərin Krımın rusdilli əhalisindən təşkil edilən özünümüdafiə dəstələrinə mənsub olduğu müəyyən edilib. Onlar hər iki binanın damına rus bayraqları asıblar. Yarımadanın əksər bölgələrində təşkil edilən dəstələr paytaxt Simferopol şəhərində toplaşırlar.
Ukrayna Daxili İşlər naziri Arsen Avakov silahlı şəxslərin təkcə avtomatla deyil, pulemyotla da silahlandığını bildirib. Hazırda ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.
Xatırladaq ki, ötən gün Krım parlamenti muxtar respublikanın Ukraynanın tərkibindən çıxması barədə məsələni müzakirə etməkdən imtina etmişdi. Bundan sonra rusdilli əhali və krım tatarları arasında baş verən toqquşmalarda 4-ə qədər insanın öldürüldüyü bildirilmişdi.
Bu gün Krım paytaxtında krımlıların taleyini həll edəcək bir sıra tədbirlər keçiriləcək.
AzVision.az həm Krım parlamentində həm də küçələrdəki vəziyyəti canlı yayımla təqdim edir.
AzVision.az