Ərdoğan xəstəxanaya düşdü

Ərdoğan xəstəxanaya düşdü
  27 Fevral 2014    Oxunub:1143
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı iddialar yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Feyzi İşbaşaran Tvitter sosial şəbəkəsində yazıb.

O bildirib ki, ötən gün 17:00-da ona bu barədə mıəlumat daxil olub ki, baş nazir reanimasiyadadır:

“Allah insana bir ömür verir, bir də ağıl. Tale onların ikisinin düz ortasındadır. Allah Tayyib bəyin günahlarını bağışlasın. Dünən günortadan sonar 17:00-dan bəri məlumat əldə etmişəm. Allah heç kimə belə tale göstərməsin. Oğru kimi getd. Əsla üzülmərəm…”

Son vaxtlar müxalif çıxışları ilə gündəmə gələn Feyzi İşbaşaran Tvitterdə yazdıqlarına inanmayan istifadəçiləri də cavablandırıb. O deyib ki, xəbər yalandırsa, onda baş nazirlik açıqlama versin və baş nazirin vəziyyətinin yaxşı olduğunu açıqlasın.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti