ABŞ konqresmenlərindən Xocalıya dəstək
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konqresmen Cin Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu bildirib, Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan edib.
Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan Konqresmen, eyni zamanda dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb.
Konqresmen Tim Rayn da Xocalı Faciəsinin qurbanlarını yad edib. Onun bəyanatında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olunması baxımından həlledici olduğunu vurğulanıb.