Əfsanəvi boksçu Məhəmməd Əli haqda ŞOK İDDİA

Əfsanəvi boksçu Məhəmməd Əli haqda ŞOK İDDİA
  26 Fevral 2014    Oxunub:1594
İngiltərədə yayımlanan “Times” qəzeti şok iddia ilə gündəm yaradıb. ABŞ kəşfiyyatının yeni açıqlanan sənədlərinə əsasən, dünya boksunun əfsanəvi lideri Məhəmməd Əlinin 50 il öncə çempion olduğu döyüşü mafiyanın əliylə qazandığına dair işarələr var. 24 fevral 1964-cü ildə keçirilən döyüşdə Cassius Clay( o zaman Məhəmməd Əlinin adı belə idi) Sony Listonu 6 raunddan sonra məğlub etmişdi.
AzVision.az xarivi KİV-lərə istinadən xəbər verir ki, 22 yaşında Əlini dünyanın ən məşhur boksçusuna çevirən döyüşün satıldığı iddiası medianın manşetlərini bəzəyib. “Times” bu görüşdən sonra Məhəmməd Əli adını alan boksçunun heç bir oyun alqı-satqısında iştirak etmədiyini bildirir.

Xəbərdə daha sonra bunlar bildirilir: “O zaman olimpiya çempionu olan Məhəmməd Əlinin belə bir alqı-satqıda iştirakçı olduğuna dair məlumat yoxdur. Beşinci raundda çətin duruma düşən Əli qısa müddətdə özünü toparladı, amma Liston çiynindəki zədə adıyla yeddinci raunda çıxmadı və beləliklə Əli döyüşü qazandı. Döyüşdən 50 il sonra yayımlanan və o dövrün FBİ rəhbəri olan J. Edgar Hoovera göndərilən bir məxfi məktubda Las Veqaslı mafiyalardan birinin lideri Ash Resnickin bu döyüşlə bağlı şübhəli əməllərindən danışılırdı. Hyustonlu başqa bir qumarbaza görəsə, Resnick və Məhəmməd Əlinin rəqibi Liston məğlub olduğu döyüşdən sonra adambaşına bir milyon dollar pul bölüşdürüblər. Döyüşdən bir həftə sonra Sport Illustrated dərgisində “Listona pul yatırdığına və onun məğlubiyyətinə görə Resnick böyük miqdarda pul itirdi” kimi xəbərlər yer aldı. Ancaq daha sonra bu xəbərlərin verilməsinin səbəbi kimi döyüşdəki alqı-satqının şübhə çəkməməsi üçün yazıldığı iddia edildi.”

Emin Piri


Teqlər:  





Xəbər lenti