Rusiya Krıma qoşun göndərdi - VİDEO
AzVison.az xarici KİV-lərə istinadən xəbər verir ki, Krımda Ukrayna hökumətinin əleyhinə mitinq keçirənlər Ali Sovetin binasına Rusiya bayrağı sancıblar. Rusiya bayrağı Krım Ali Sovetinin binası üzərində “ Krım Müxtar Respublikasının Ali Radası” yazısı fonunda taxılıb.
Bu arada yüzlərlə silahlı rus əsgərləri ilə dolu hərbi maşınlar Krıma daxil olub. Rus KİV-lərinin məlumatına görə, Rusiyadan Krıma Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı əlahiddə briqadası göndərilib. Rusiyanın Tolyatti şəhərindən göndərildiyi bildirilən xüsusi təyinatlı briqada Krım Muxtar Respublikasında yerləşən hərbi strateji obyektləri mühafizəsi üçün göndərilib.
Ulyanovskdakı Baş Kəşfiyyat İdarəsi briqadasının da tezliklə Krıma göndəriləcəyini qeyd olunur.
Digər bir məlumatda isə Rusiya Federasiyası Qara dəniz donanmasının eskadrasının Krımın Sevastopol şəhərinə 11 min döyüşçü desant yeritdiyini yazır.
AzVision. az Rusiya əsgərlərinin Krıma gəlişini göstərən videonu təqdim edir. Bu video yerli KİV-lərdən biri tərəfindən lentə alınıb. Jurnalistin Rusiya hərbiçilərinin nə üçün gəldiyi sualına cavabın əvəzində xidməti geyimli bir nəfər “kameraları yığışdırın” deyə qışqırır.
Qeyd edək ki, bu gün səhər saatlarında 500- yaxın krımlı Parlamentin qarşısına toplaşaraq Ukrayna mərkəzi hökumətindən ayrılmağı və müstəqillik tələb ediblər.
Krımın Ukraynanın tərkibində qalacağı , yoxsa Rusiya birləşəcəyi isə yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan referendumdan sonra bəlli olacaq.
Səbinə Həsənova
Vüqar İsmayılov