`Say fərqli olsa da, qətliam eynidir - Ruandalı deputat
Qətliam deyəndə Xocalı ilə yanaşı yadıma Ruanda da düşür. Mən Ruandadakı qətliamın ağırlığını “Otel Ruanda” filmi ilə hiss etmişdim. Gürcüstanda Gürcüstan, Emənistan və Azərbaycandan olan jurnalistlərlə bərabər bu filmi seyr etmişdik. O zaman mən və digər Azərbaycanlı həmkarlarım ermənilərin Xocalıda törətdiyi soyqırımdan danışanda əlimizdə sadəcə şəkillər vardı. Çünkü soyqırım ölkəmizdə rəsmi adını almamışdı. İndi soyqırımın ildönümü ərəfəsində Ruanda ilə Xocalı soyqırımını bir araya gətirmək istədim.
Ruandanın məhşur xanım millət vəkili Fatih Mukaklisa ilə danışmaq imkanım oldu. İlk olaraq onların acısından başladıq.
- 1994-cü ildə Ruandada təxminən 100 gün ərzində 800 min insan qətlə yetrildi. Bu cür dəhşətli faciənin vurduğu yara necə sağaldı?
- Bu yara sağalıbmı? Kimsə bunu unuda bilməz. Biz sadəcə məhv olmamaq üçün ayaqda durmaga, yenidən dirçəlməyə çalışdıq. Ruanda qətliamı müasir tarixdə ən sürətli və vəhşicəsinə törədilən soyqırım kimi yazıldı. 100 gün içində 800 min insan ölkədəki BM-in barış gücünə baxmayaraq qətl edildi. Bu qətliam Birləşmiş Millətlər Təşkilatının tarixində qara ləkədir.
- Bu soyqırımda əsas günahkar kimdir?
- Fransanın bu soyqırımdakı rolu unudulmazdı. Bizim dövlət başçısı Paul Kagamedə bu qətliamda fransanı ittiham edir. Fransa soyqırımı törədən Hutiləri bilərəkdən silahlandırıb. Qatilləri qoruyan siyasət həyata keçirib və illər ötsə də bu siyasətini davam etdirir. Təbii onlar bu ittihamları qəbul etmirlər. Sadəcə deyirlər ki biz bu soyqırımın qarşısını ala bilmədik. Amma hamıya məlumdir ki, Huti ordusunda fransız əsgərləri olub. Bu doğruları kimsə inkar edə bilməz. Digər tərəfdən də günahkar BMT-dir. Çünki soyqırım zamanı təşkilar Ruandada olan əsgərlərinin sayını 2.598-dən 270-ə qədər azaldıb və bununla da Huti milisinin qolunu açıb. Ruanda soyqırımında adı halananlardan biridə afrikalı Kofi Annandır. O qətliam zamanı BMT-nin təhküəsizlik qüvvələrinin əməliyatlarına o rəhbərlik edirdi. Biz illərdi bu məsələni vurgulayırıq, günahkarlarım cəzalandırılmasını istəyirik.
- Amma soyqırım Paris məhkəməsinə çıxarıldı. Bu da dövlətiniz tərəfindən müvəffəqiyyət idi.
- Məhkəmədə yalnız Hutsi ordusuna məxsus 54 yaşındakı beldən iflic Paskal Simbikanga ittiham olunur. O soyqırım və insanlığa qaşı günah işlətdiyi üçün ittiham olunur. Ruanda bu canini istəsə də məhkəmənin 3 hakimi buna etiraz edib. Paskal isə ittihamları rədd edir. Amma bu soyqırımda yalnız o günahkar deyil. Ədalətli araşdırma aparılarsa mən sizə sadaladığım insanlar da məhkəmə qaşısında oturmalıdır. Amma dünyanın aparıcı dövlətləri ədalətin deyil, ədalətsizliyin yanındadır. Dövlətimiz yalnız insanlıq cinayətini törədənlərin üzrü və etirafından sonra müvəfəqiyyət qazana bilər.
- Azərbaycanın şəhərlərindən birində də soyqırım törədilib. Bununla bağlı məlumatınız varmı?
- Ruanda dəhşətini yaşamış bir ölkənin vətəndaşı, millət vəkili necə ola bilər ki, başqasının qətliamından xəbərsiz olsun. Xocalıda yaşanıb bu dəhşətli qətliam. Sizin sualınızdan sonra yaddaşımı yeniləmək üçün bir daha araşdırdım. Təbii olaraq əlimə anladığım didə keçən materialları gözdən keçirdim. Şəkillər və faktlar dəhşətlidir. Düzdü qətl edilənlərin sayına görə bizim soyqırımla fərq var. Amma bu sadəcə insan sayıdır. Qətliam olaraq isə eynidir. İki soyqırımda da qadına, yaşlıya, uşağa baxmadan öldürüblər. Hər iki qətliamda da vəhşət var. Xocalıda erməni və rus əsgərləri sıravi şəhər insanlarını qətlə yetirib. Hətta onlar könüllü oalraq şəhəri tərk etmək istəyiblər. Amma bu günə qədər sizin soyqırım da beynəlxal müstəvidə qiymətini almayıb. Ruanda soyqırımı daha çox tanınır. Xocalı isə yalnız bu acını yaşayanlar tərəfindən araşdırılır.
- Soyırıma məruz qalmış dövlətlər bir- birinə dəstək verə bilər...
- Bu məsələni BMT-dən tələb edə bilərik. Düzdü BMT biganə qalıb. Sizin Ermənistanla münaqişənizlə bağlı qətnamələr çıxaran BMT bu faciəni də dərk etməli idi. Amma öncəliklə bu soyqırım aktı daxildə mənimsənilməli və beynəlxalq aləmdə böyüdülməlidir. Məsələn, Ruanda 20 il əvvəlki ölkə deyil. Çox çey dəyişib. Artıq insanalr haqlarını bilir və güclənir. Düzdü hər şey birdən olmur, inkişaf etmir. Amma sizin dövlətiniz inkişaf etdiyinə görə bu soyqırımınızı beynəlxalq məhkəmələrə çıxarda bilər. Ümumiyyətlə, istənilən halda fakt var və bu faktı dəyərləndirmək lazımdı.
- Ermənistan- Azərbaycan münaqişəsinə toxundunuz. Bununla bağlı nə qədər məlumatlısınız?
- Sovetin iki keçmiş dövləti, Ermənistan Azərbaycan torpaqlarına iddialıdır və işgal edib. İşğal faktı soyqırımla əvəzlənib. Bilirsiniz, bu cür davalar uzun çəkir. Çünki siz eyni cografiyanın insanısız. Sizin münaqişələri kənar dövlətlər idarə edir. Siz həm torpağınızı işgal edənlə, həm də bu işğalçılara yardım edənlərlə mübarizə aparırsınız. Bu çox çətin prosesdir. Amma Azərbaycan inkişaf etmiş dövlətdir. Bu proses də keçəcək. Ruanda isə hələ özünə gəlməyə, yaralarını sarmaya çalışır. Biz hələ ölkəmizdə qadınların güclənməsi üçüb bağırırıq. Baxmayaraq ki, parlamentdə yüzdə 30 qadın millət vəkili var. Yaşamlar fərqli olduqca sorunların həlli də dəyişir. Biz soyunun kəsilməsinə cəhd edilən ölkə, siz isə soyqırıma məruz qalan ölkəsiniz...Bizi birləşdirən sadəcə acıdır...
Məhsəti Şərif, İstanbul
AzVision.az üçün