Ukraynada “Berkut” ləğv olundu

Ukraynada “Berkut” ləğv olundu
  26 Fevral 2014    Oxunub:1053
Ukrayna Daxili İşlər naziri Arsen Avakov bu barədə xüsusi əmr imzalayıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukraynada kütləvi etirazlar zamanı xalqa güc tətbiq etməkdə əsas ittiham hədəfi olan xüsusi təyinatlı “Berkut” polisini ləğv edib.

Daxili İşlər naziri Avakov bu barədə Facebook səhifəsində məlumat verib.

“Berkut artıq yoxdur. 2014-cü il fevralın 25-i 144 nömrəli əmr imzalamışam “Berkut xüsusi təyinatlı milisinin ləğvi barədə”- deyə o yazıb. Nazir əlavə məlumatın sabahkı xüsusi brifinqdə veriləcəyini bildirib.

Xatırladaq ki, “Berkut”un ləğvi barədə qanun layihəsini “Azadlıq” partiyasının bir qrup deputatı Ali Radaya fevralın 23-də təqdim olunmuşdu. Jurnalistlərin məlumatına görə, bundan sonra Ukrayna hüquq-mühafizə orqanlarına ictimai asayişi bərpa edən zaman odlu silahdan istifadə etmək qadağan olunacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti