Saakaşviliyə Ukraynada vəzifə təklif olundu

Saakaşviliyə Ukraynada vəzifə təklif olundu
  26 Fevral 2014    Oxunub:1258
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bəyan edib ki, Ukraynada hakimiyyətə gələn müxalifət liderləri ona yüksək postlardan birini tutmağı təklif ediblər.

“Paradoksal təkliflər olub, istər açıq, istərsə də şəxsi söhbətlər əsnasında yüksək rəsmi vəzifələrdən birini daşımaq təklifi almışam, lakin mənim belə bir planım yoxdur”- deyə Saakaşvili Gürcüstanın “Rustavi-2” kanalı ilə Ukrayna televiziyası arasında birbaşa canlı yayımda çıxışında bildirib.

“Mən onlara dedim ki, mübarizəmiz Ukraynada davam etdiyindən mənim ürəyim sizinlədir, Lakin mənim varlığım Gürcüstana aiddir. Məsləhətlərimlə nə kömək edə bilərəmsə edəcəm. Lakin onların etməli olduqlarını biz edə bilmərik. Onlar tezliklə islahatlara başlamalıdırlar”- Saakaşvili deyib.

Bununla yanaşı, keçmiş prezident “ inqilab ərəfəsində hər gün Ukrayna müxalifət liderləri ilə danışdığını qeyd edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti