Kiprdə Xocalı aksiyası - VİDEO

Kiprdə Xocalı aksiyası - VİDEO
  26 Fevral 2014    Oxunub:3577
Kiprdə təhsil alan azərbaycanlı tələbələr orada yaşayan əhaliyə Xocalı soyqırımı ilə bağlı məlumatları çatdırmağa çalışıblar. Bu istiqamətdə təşkil olunan tədbirlərdən biri kimi Kiprdə təhsil alan tələbələr “Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar.
Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirli saytımıza bildirib ki, bu videoçarxın hazırlanmasında məqsəd faciə haqda məlumatı dünyaya çatdırmaqdır: “Çünki tarixi videoya və ya şəkilə köçürməsən məhv olar. Ona görə də, mənim və tələbə yoldaşım Vahab Dadaşlının təşəbbüsü ilə Xocalı soyqırımına aid videocarx hazırladıq. Burada yaşayan tələbələrin əllərində “just for khojaly” olan yazı ilə şəkillər çəkildi və Xocalı haqqında geniş məlumatlar verildi. Bundan başqa Kiprin Lefkoşa və Famaqusta şəhərlərində yürüş də təşkil olunacaq. Bu videonu burada və Bakıda da nümayiş etdirəcəyik. Bununla bərabər, “Dolu” filmini də nümayiş etdirəcəyik”.

R. Bədirli deyir, videonun çəkilişi zamanı bir çinli qıza yaxınlaşıblar ki, şəkil üçün köməklik göstərsin. Amma o, Xocalı haqqında məlumatı olmadığına görə, suallar verib: `Biz də anladıq ki, deməli hələ də geniş məlumatlar yoxdur. Buna görə də onu dəvət etdik və ona Xocalı soyqırımını geniş şəkildə izah etdik. Bundan sonra o özü istədi ki, əlində “just for khojaly” yazılan kağızla bizimlə şəkil çəkdirsin. Əlindən gələni edəcəyini bildirdi. Əvvəlcə məlumatsız olduqları üçün bir az “niyə bunu edirsiniz?” sualını verirlər. Amma biz onları dəvət edirik, söhbət edirik və bu ağrımızı, acımızı onlarla bölüşürük. Onlar da bizə məlumat üçün çox təşəkkür edirlər və dostlarıyla paylaşırlar. Videoçarxı da tələbələrlə bölüşəcəyik ki, onlar da araşdırsınlar və dostlarıyla paylaşsınlar`.




Teqlər:





Xəbər lenti