Yanukoviç beynəlxalq tribunala veriləcək

Yanukoviç beynəlxalq tribunala veriləcək
  25 Fevral 2014    Oxunub:1077
Ali Rada bununla bağlı Beynəlxalq Haaqa tribunalına müraciət edib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Ali Radası prezident Viktor Yanukoviçin həbs olunacağı halda insanlığa qarşı cinayətlərdən dolayı Haaqa məhkəməsinə verilməsi barədə qərar qəbul edib. 324 deputat qərarın lehinə səs veriblər.

Parlament məhkəmədən Yanukoviçi etiraz aksiyaları zamanı vətəndaşlara qarşı güc tətbiq edilməsinə görə, mühakimə olunmasını istəyəcək. Lakin Haaqa məhkəməsi hələlik Ukraynadan müraciət almayıb.

Ali Radanın qəbul etdiyi sənəddə 2013-cü il 30 noyabrdan 2014-cü il 22 fevrala qədər aksiyaçılara qarşı törədilən bütün cinayətlər araşdırılacaq. Bundan öncə, spiker müavini Ruslan Koşulinski Yanukoviçin axtarışa verilməsi üçün cinayət materialının hazırlandığını bildirmişdi.

Xatırladaq ki, keçmiş prezident Viktor Yanukoviçin harada olması ilə bağlı hələ də bir məlumat yoxdur.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti