Kiyevdən 35 “berkutçu” qaçdı, digərləri diz çökdü -VİDEO

Kiyevdən 35 “berkutçu” qaçdı, digərləri diz çökdü -VİDEO
  25 Fevral 2014    Oxunub:1406
Ukraynanın xüsusi təyinatlılar dəstəsi “Berkut”un 35 üzvü silahlarını da özləri ilə götürərək naməlum istiqamətdə qaçıblar. Bu barədə daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov məlumat verib.
Onun sözlərinə görə, “berkutçu”lar ölkədəki qarşıdurmalar zamanı aksiya fəallarına qarşı güc tətbiq etmək əmrini verənlərin və icaraçıların axtarışlarına və məsələ ilə bağlı araşdırmalara başlanacağında qorxub qaçıblar.

Döyüşçülərin nə vaxt qaçdıqları, nə qədər silah götürdükləri və təxmini olaraq harada yerləşə biləcəkləri barədə hələlik heç bir məlumat yoxdur.

Bu arada “berkut”un onlarla işçisi Tarasu Şevçenkonun heykli yaxınlığındakı meydana toplaşa lvovluların qarşısında Kiyevdəki qarşıdurmalar zamanı ölənlərin xatirəsinə naminə diz çöküblər.

Meydana toplaşan insanlar isə “Ar olsun!” deyib onları daş-qalaq ediblər. Özünümüdafiə fəalları və səhnədə olan keşiş onları sakitləşdirməyə çalışıb.

“Berkutçu”lardan biri həmişə xalqın yanında olduqlarını və Lvov qüvvələrinin Kiyevdəki qarşıdurmalarda iştirak etmədiklərini xatırladın.

Ukrayna DİN Baş İdarəsindən verilən məlumata görə isə, Lvov vilayətindən 130 “berkutçu” Kiyevdə olublar.

Xatırladaq ki, Ukrayna hökumət qüvvələri ilə mitinqçilər arasında baş verən qarşıdurmalarda son məlumata görə, 82 nəfər ölüb.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti