Türkiyə parlamentindən dünyaya Xocalı çağırışı

Türkiyə parlamentindən dünyaya Xocalı çağırışı
  25 Fevral 2014    Oxunub:1131
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinə çağırış edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlament sədri vurğulayıb ki, Azərbaycan torpaqlarının işğalına son verilməlidir: “20-ci əsrin ən böyük qətliamlarından biri Ermənistan tərəfindən işğal edilən Dağlıq qarbağda törədilib. 22 il əvvəl 1500-ə yaxın Azərbaycan türkü Xocalı şəhərində qətlə yetirlib. Dağlıq Qarabağla yanaşı Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan yüz minlərlə Azərbaycan türkünü yerindən-yurdundan didərgin salıb.

Dünya mediasının da şahidi olduğu bu qətliam bəşəriyyət tarixində böyük bir ləkədir. Bu qətliamda təqsirli olanlar Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılmalıdır.

Qafqaz bölgəsində əbədi sülh və əmin-amanlığın bərpa olunması üçün Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır. Bununla da 22 il il əvvəl Xocalıda baş verən qətliamı bird aha qınayır, qətliama məruz qalan azərbaycanlı qardaşlarıma allahdan rəhmət diləyirəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti