Ermənilərin növbəti təxribatı
Ermənilər Azərbaycanın Argentinadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Səfirlikdə “Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli və region üçün fəsadları mövzusunda” keçirilən seminara etiraz etməklə erməni gənclər Dağlıq Qarabağ müharibəsinin həllini istəmədiklərini əməlləri ilə ifşa ediblər. Çünki münaqişə həll olunacağı təqdirə Azərbaycan torpaqları geri qaytarılmalıdır ki, bu da onlara “sərf” etmir.
Aksiya zamanı təxribat xarakterli şüarlar səsləndirən ermənilər Azərbaycan səfirliyinə münaqişənin həllinə həsr olunmuş seminara etiraz məktubu da təqdim ediblər.
“Məktubla bildirmək istəyiblər ki, guya bu cür seminarların keçirilməsi Qafqaz tarixinin itəhrif olunmasına və ümumilikdə ermənilərə qarşı yönəlib. Şər böhtanlardan əl çəkməyən ermənilər bir qədər də irəli gedərək, “bu cür seminarlar davam etdikcə, biz də müharibəyə davam edəcəyik” deyə Azərbaycanı hədələyiblər.
Qeyd edək ki, Argentinadakı Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyanın təşəbbüskarı Ermənistan Gənclər Federasiyası Xocalı Soyqırımının ildönümü günündə, fevralın 26-da növbəti təxribat xarakterli mintinq planlaşdırıb. Analoji aksiya fevralın 27-də Montevideo da keçiriləcək.
Səbinə Həsənova
Teqlər: