İsrail “Hizbullah”ı bombaladı
Ərəb mətbuatının yaydığı məlumata görə, əsas hədəf olaraq “Hizbullah” təşkilatına məxsus hərbi obyektlər olub. İsrail təyyarələri Suriyadan Livana ballistik raket daşıyan hərbi karvanı məhv edib. Bəşər Əsəd hakimiyyətinin “Hizbullah” təşkilatına ötürmək istədiyi raketlər İsrail ərazisinin böyük hissəsini nəzarətdə saxlamağa imkan verirdi. Bu səbəbdən İsrail dəfələrlə Suriyadan Livana silahların ötürülməsinə imkan verməyəcəklərini bəyan etmişdi.
İsrail hərbi komandanlığı faktı rəsmi şəkildə təsdiq etməsələr də, ölkənin şimalında hərbi aktivliyin müşahidə olunduğunu bildirmişdi.
Vüqar İsmayılov