Timoşenko müalicə üçün Almaniyaya gedir

Timoşenko müalicə üçün Almaniyaya gedir
  25 Fevral 2014    Oxunub:1128
Ukrayna parlamentinin qərarı ilə həbsdən azad olunan keçmiş baş nazir Yuliye Timoşenko müalicə üçün Almaniyaya gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Məlumata görə, bel ağrısından əziyyət çəkən Timoşenko Almaniya kansleri Angela Merkelin dəvətini qəbul edib və martda Berlinə yola düşəcək. O, Berlinin “Charite” xəstəxanasında müalicə alacaq.

Timoşenkonun martın 6-7i tarixlərində İrlandiyanın paytaxtı Dublində Avropa Xalq Partiyasının zirvə toplantısına qatılacaq, oradan isə Almaniyaya gedəcək.

Qeyd edək ki, Timoşenko azad edildikdən sonra Almaniya kansleri Angela Merkel ona zəng edib və müalicə olunmaq üçün Almaniyaya dəvət edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti