Ukraynada yeni prezident kampaniyası başlayıb

Ukraynada yeni prezident kampaniyası başlayıb
  25 Fevral 2014    Oxunub:1123
Əsas mübarizənin keçmiş müxalifət liderləri arasında olacağı gözlənilir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, fevralın 25-dən başlayaraq Ukrayna prezidentliyinə namizədlərin qeydiyyata alınması prosedura başlayıb.

Mayın 25-nə təyin olunmuş seçkilərdə namizədliyin qeydə alınması üçün martın 30-na qədər vaxt var. Prezident postuna namizədlər ya öz şəxsi təşəbbüsləri, ya da hər hansı partiyadan namizəd ola bilməz.

Martın 15-nə qədər Ukrayna Mərkəzi Seçki Komissiyası 225 seçki dairəsi yaratmalıdır. Hər bir komissiyada hər namizəddən 2 nəfər olmaqla ümumilikdə, 12 nəfər üzv olmalıdır.

Real namizədlər olaraq prezident postu uğrunda “Batkovşina” fraksiyasının sədri Arseni Yasenyuk, “UDAR” partiyasından Vitali Kliçko və keçmiş baş nazir Yuliya Timoşenko göstərilir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti