Baş nazir qaçdı

Baş nazir qaçdı
  25 Fevral 2014    Oxunub:1228
Tailandın paytaxtı Banqkokda 4 aydır davam edən hökumət əleyhinə etiraz aksiyaları səngimək bilmir
AzVision.az xəbər verir ki, hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayının 21-ə çatmasından sonra baş nazir Yinqlak Şinavatranın paytaxtdan qaçdığı açıqlanıb.

Ölkədə 4 aydır davam edən siyasi böhranda rəhbərlik əleyhdarı nümayişçilər bu dəfə diqqəti baş nazirin ailə müəssisələrinə çeviriblər.

Nümayişçilər dünən səhər baş nazir Yinqlak Şinavatranın qardaşı oğlu və keçmiş baş nazir Taksin Şinavatranın oğlu Panfonqte Şinavatranın sahibi olduğu "Voice TV"-nin Banqkokdakı mərkəzi qarşısında Tailanda xas rənglərə boyanaraq fit çalıblar.

Qeyd edək ki, Tailandın baş naziri Yinqlak dünən paytaxta 150 kilometr uzaqlıqda bir bölgədən verdiyi açıqlamada heç vaxt istefaya getməyəcəyini bildirib.

Qalereya




Teqlər:  





Xəbər lenti