Ərdoğanla oğlunun gizli danışığı - AUDİO

Ərdoğanla oğlunun gizli danışığı - AUDİO
  25 Fevral 2014    Oxunub:1146
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon söhbətinin səs yazısı yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə bu söhbət Türkiyədə ötən il dekabrın 17-də İstanbul baş prokurorluğunun həyata keçirdiyi rüşvət və qaçaqmalçılıq əməliyyatı baş tutan gün reallaşıb.

Səs yazılarında baş nazir oğlu Bilal Ərdoğana tapşırır ki, evdəki pulları təcili çıxarsın və müəyyən olunmuş iş adamlarına versin. Bilal Ərdoğan isə 30 milyon avro qaldığını və onu da aparacağını deyir.

Buna baxmayaraq adı çəkilən səs yazısının montaj olması ehtimalı yüksəkdir. Belə ki, bu səs yazısı əsasən polislərin araşdırmlarını yayan “Haramzadələr” adlı internet saytı deyil, məlum olmayan bir ünvandan YouTube sosial şəbəkəsinə yüklənib. Bundan başqa baş nazirin səsi batıqdır və oğlunun səsində isə qırılmalar var. Ona görə də səs yazsının böyük ehtimalla montaj olduğu deyilir.

Olaya Türkiyə hökuməti də münasibət bildirib. Hökumətdən edilən açıqlamada səs yazılarının reallığı əks etdirmədiyi və bunun montaj olduğu deyilir. Açıqlamada vurğulanır ki, bu çirkli oyunu quranlar qanun qarşısında cavab verəcək.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti