Estoniya baş naziri istefa verir
Ölkənin müstəqillik günü ilə bağlı Tartu şəhərindəki təntənəli mərasimdə çıxış edən Ansip daha baş nazir postuna namizəd olmayacağını bildirib.
Bu açıqlamadan bir gün öncə, Estoniya İslahatlar partiyası Avropa Komissiyasının vitse-prezidenti, Nəqliyyat məsələləri üzrə komissar Siym Kallasın yeni hökumət formalaşdırması barədə qərar vermişdi. Politoloqların fikrincə, siyasi razılaşmanın nəticəsi olaraq baş nazir olan Kallasın yerinə Ansip Avropa komissarı olacaq.
Vüqar İsmayılov