Qanla yazılmış dastan: Füzulidən növbəti VİDEOBLOQ

  Qanla yazılmış dastan:  Füzulidən növbəti  VİDEOBLOQ
  12 Mart 2021    Oxunub:6085
Füzuliyə səfərimiz davam edir. İşğaldan azad edilmiş əraziləri gəzdikcə dəhşətli mənzərələrin şahidi oluruq. Hər tərəf dağıdılıb, məhv edilib. Şəhərin əvvəli görkəmindən əsər-əlamət belə qalmayıb.
Vətən müharibəsində Füzulinin hər qarışı uğrunda gərgin döyüşlər gedib. Şanlı Ordumuz düşməni məhv edərək torpaqlarımızı öz sahibinə qaytarıb.

Möcüzə kimi görünsə də, bura 27 il həsrətində olduğumuz Füzulidir..

Düşmən tapdağından azad edilən torpaqlarda 44 gün ərzində tarixə düşən qəhrəmanlıq dastanı yazılıb. Bu, yurdunun gələcəyi üçün öz gələcəyindən vaz keçib, öz taleyinə təslim olmuş, ancaq Vətənin taleyinə səssiz qalmayan qəhrəman əsgərlərin qanla yazdığı Zəfər dastanıdır.

Əməkdaşımız Bəxtiyar Məmmədovun Füzulidən hazırladığı növbəti videobloqu izləyərək, Qarabağın kabus şəhərindəki hazırkı vəziyyətlə tanış ola bilərsiniz:



Füzulidən hazırladığımız ilk VİDEOBLOQU da izləməyi unutmayın!

Azvision.az


Teqlər: Füzuli   Qarabağ  





Xəbər lenti