Yanukoviçə qarşı cinayət işi açıldı

Yanukoviçə qarşı cinayət işi açıldı
  24 Fevral 2014    Oxunub:1157
Ukrayna Daxili İşlər Nazirliyi onu kütləvi qətllərdə ittiham edir.

AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Viktor Yanukoviçə qarşı cinayət işi açılıb.

Bu barədə Ukrayna Daxili İşlər naziri vəzifələri icra edən Arsen Avakov Facebook-dakı səhifəsində məlumat verib. Onun sözlərinə görə, keçmiş prezident dinc sakinlərin kütləvi qətlində ittiham olunur. Hazırda onun yerləşdiyi yer məlum deyil. Sonuncu dəfə onu fevralın 24-ü gecə saatlarında Xarkov vilayətindəki Belbek aeroportunda görüblər.

“Ukrayskaya Pravda” qəzetinin əməkdaşı Tatyana Çornovilin məlumatına görə, prezident ölkəni dəniz yolu ilə tərk etməyə çalışır. Onun sözlərinə görə, Sevastopol yaxınlığındakı Balaklava limanında “Bandido” yaxtası onun qaçışı üçün hazırlanıb.

Xatırladaq ki. Vikor Yanukoviç Kiyevi fevralın 21-dən tərk etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti