İtaliyanı qadınlar idarə edəcək

İtaliyanı qadınlar idarə edəcək
  23 Fevral 2014    Oxunub:989
İtaliya matriarxat dönəminə qayıdır. Baş nazirin yeni hökumətində vəzifələrinin yarısını qadınlar tutur.
Florensiyanın meri – ölkə prezidenti tərəfindən İtaliyanın Baş naziri vəzifəsinə irəli sürülmüş Matteo Rentsi yeni nazirlər kabinetinin siyahısını təqdim edib. Bir neçə gün ərzində o, koalisiyanın tərkibinə daxil olacaq müxtəlif fraksiyalarla danışıqlar aparıb.

AzVision.az xəbər verir ki, Rentsinin təklifinə görə, yeni nazirlər kabinetində bütün vəzifələrin yarısı qadınların olacaq.

Keçən həftənin sonunda partiya kabinetə etimadsızlıq göstərdiyini bildirdikdən sonra ölkənin keçmiş Baş naziri Enriko Letta istefa verib.

2014-cü il fevralın 22-də Rentsinin və yeni Nazirlər Kabinetinin andiçmə mərasiminin olacağı gözlənilir.

AzərTAc


Teqlər:  





Xəbər lenti