Timoşenko azadlığa çıxdı

Timoşenko azadlığa çıxdı
  22 Fevral 2014    Oxunub:958
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radası keçmiş Baş nazir Yuliya Timoşenkonun azad edilməsinə dair qərar qəbul edib.
Associated Press eks-nazirin mətbuat katibinə istinadən xəbər verir ki, artıq Timoşenko koloniyanı tərk edib. Onun sözlərinə görə Xarkov türməsindən Timoşenkonu artıq buraxıblar, lakin, keçmiş baş nazirin sonrakı planları haqqında mətbuat katibi bir söz deməyib. Qeyri rəsmi məlumatlara görə Timoşenko Kiyevə üz tutub.

Qeyd edək ki, keçmiş baş nazir Yuliya Timoşenko Rusiya ilə qaz anlaşması zamanı səlahiyyətlərindən kənar hərəkətlərinin olması mühakiməsi ilə 7 ildir ki, türmə həyatı yaşayırdı.

Bundan əlavə ən son məlumatlara görə Ukrayna parlamenti ölkənin Baş prokuroru Viktor Pşonkaya etimadsızlığını bildirib. AzVision.az xəbər verir ki, şənbə günü müvafiq qərarın lehinə parlamentin iclasında 311 deputatdan 247-si səs verib.

Səsvermədən sonra Ali Radanın spikeri Aleksandr Turçinov deyib: "Viktor Pşonka artıq səlahiyyətlərini icra etmək hüququna malik deyil".


Teqlər:  





Xəbər lenti