Prezidentdən iranlı jurnalistin təxribatçı sualına cavab - VİDEO

Prezidentdən iranlı jurnalistin təxribatçı sualına cavab -  VİDEO
  26 Fevral 2021    Oxunub:10004
“Müharibədə hər hansı terrorçu qrupların iştirakı ilə bağlı “hesabat”lar, dəlil və sübut yoxdur. Bu uydurulmuş məlumatlardır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbirinin “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Müharibədə terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan bu konteksdə hansı tədbirləri atmalıdır?” sualına cavabında deyib.



“Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittiham xarakterli suallar digər ölkələrdən olur. İşğalda olan torpaqların azad edilmə əməliyyatında heç bir "terrorçu" adlandırdığınız insanlar iştirak etməyib. Bizim ordumuz bunu edib.

Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir və bu Ermənistan tərəfindən ediləndə anlaşılandır. Çünki, bunlar Ermənistan tərəfindən bəhanə xarakteri daşıyır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məğlub edib.

Təbii, deyə bilərlər ki, terrorçular məğlub edib. Kimsə görüb terrorçuları? Hər hansı sizin həmkarlarınız bizə bir ad verə bilərmi? Ona görə, sizə tövsiyəm olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz bir xanım olaraq dost ölkədən gəlirsiniz və çox da dərinə getmək istəməzdim. Amma xahiş edirəm tam məsuliyyətli olun”, - deyə dövlət başçısı bildirib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev   Mətbuat-Konfransı  





Xəbər lenti