Moskvada 200 nəfər tutuldu

Moskvada 200 nəfər tutuldu
  22 Fevral 2014    Oxunub:947
Moskvanın Zamoskvoretsk məhkəməsinin binası yanında ictimai asayişi pozmağa cəhd etməyə görə təqribən 200 nəfər saxlanılıb.
Zamoskvoretsk məhkəməsi bu gün "bataqlıq işi" üzrə müttəhimləri iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirkar bilib.

Hökmün oxunuşu fevralın 24-də davam edəcək.
Qeyd edək ki, 2012-ci ilin mayında Yakimanka rayonunda hakimiyyətlə razılaşdırılmış yürüş və Bataqlıq meydanında nümayiş polislə toqquşmalarla nəticələnmişdi. Onlarla insan xəsarət almış, 400-dən çox insan isə saxlanılmışdı.


Teqlər:





Xəbər lenti