Yanukoviç müxalifətlə saziş imzaladı - VİDEO

Yanukoviç müxalifətlə saziş imzaladı - VİDEO
  21 Fevral 2014    Oxunub:1167
Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri ölkədə böhranın nizamlanması haqqında sazişi imzalayıblar.

Sənədi dövlət başçısı və Ukrayna parlamentinin müxalifət fraksiyasının liderləri Vitali Kliçko, Arseniy Yatsenyuk və Oleq Tyaqnibok imzalayıblar.

İmzalanma mərasimində Avropa İttifaqından Polşa və Almaniyanın xarici işlər nazirləri Radoslav Sikorski və Frank-Valter Ştaynmayer, həmçinin Fransa XİN-in departament rəhbəri Erik Furnye iştirak ediblər.

Qeyd edək ki, Ukraynada böhranın siyasi həlli üzrə sazişin imzalanması haqqında qərar bu gün səhər saatlarında V.Yanukoviç, müxalifət liderləri, Avropa İttifaqı və Rusiya nümayəndələrinin iştirakı ilə baş tutmuş danışıqlarda qəbul edilmişdi.





Teqlər:





Xəbər lenti