`Avropa Times`-da Xocalı haqda məqalə

`Avropa Times`-da Xocalı haqda məqalə
  21 Fevral 2014    Oxunub:1094
Böyük Britaniyanın “Avropa Times” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib.
Onun müəllifi, AzərTAc-ın Londondakı xüsusi müxbiri Orxan İsmayılov “Xocalı soyqırımı - XX əsrin davam edən ədalətsizliyi” adlı məqaləsində Xocalı faciəsi haqqında məlumat verib, bu qətliamın Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir.

Həmçinin vurğulayıb ki, Xocalının işğalı zamanı ermənilər Azərbaycanın sosial inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələrini məhv ediblər. Bu, erməni vəhşiliyi və dünya mədəniyyətinə qarşı təcavüzün bariz nümunəsidir.

Məqalədə, həmçinin dünya ictimaiyyətinin bu soyqırımı barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb, BMT, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatların məsələ ilə bağlı tezliklə ölçü götürəcəklərinə və bu ədalətsizliyə son qoyacaqlarına ümid bəsləndiyi diqqətə çatdırılıb.Məqalə Martin Luterin “Müəyyən bir yerdə olan ədalətsizlik, hər yerdə olan ədalətə təhdiddir” sözləri ilə başa çatır.


Teqlər:





Xəbər lenti