Moskva meri arvadından boşanır
“Biz İrina ilə ayrılmaq qərarına gəlmişik və bizim ortaq qərarımızdır. Biz bir-birimizə hörmət edirik və xoş münasibətlərimizi saxlayırıq. Anlayış qarşılanacağımıza ümid edirik və şəxsi həyatımıza hörmət edəcəyinizi gözləyirik”- deyə Sobyanin məlumat verib.
Cütlüyün iki qız övladının olduğu bildirilir. 2010-cu il oktyabrın 21-dən Moskva meri seçilən Sergey Sobyanin yaxın 5 ildə bu vəzifəsini icra edəcək.
Xatırladaq ki. Rusiya siyasi dairələrində ən məşhur boşanma qərarı 2013-cü il iyunu 6-da açıqlanmışdı. O zamanlar Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina ayrıldıqlarını bildirmişdilər.
Vüqar İsmayılov