İran və Britaniya rəsmi əlaqələrini bərpa edib

İran və Britaniya rəsmi əlaqələrini  bərpa edib
  21 Fevral 2014    Oxunub:1010
Rəsmi Tehran və London bundan sonra müvəqqəti işlər vəkilləri müstəvisində əlaqələrə başlayacaqlar
AzVision.az Press TV – yə istinadla xəbər verir ki, dünən Tehranda Rəsmi Londonu təmsil edən nümayəndəlikdə Britaniyanın bayrağı qaldırılıb. Eləcə də Londonda Rəsmi Tehranı təmsil edən nümayəndəlikdə İranın bayrağı qaldırılıb.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançinin sözlərinə görə, artiq iki ölkə əlaqələri digər ölkə səfirliklərinin vəsatəti ilə deyil, iki ölkənin müvəqqəti işlər vəkilliyi vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, Rəsmi Tehran və Britaniya əlaqələri iki il əvvəl İranda “Bəsic” üzvlərinin Britaniya səfirliyinə girməsindən sonra daha da gərginləşmişdi.


Teqlər:





Xəbər lenti