Kiyevdə müxalifət yüzlərlə əsgəri əsir götürdü

Kiyevdə müxalifət yüzlərlə əsgəri əsir götürdü
  20 Fevral 2014    Oxunub:994
Onların Ukrayna Daxili Qoşunlarının hərbi qulluqçusu olduğu bildirilir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Kiyevin mərkəzindəki Oktyabrsk sarayı yaxınlığında müxalifətçilər hökumət qoşunlarının yüzlərlə döyüşçüsünü əsir götürüb.

Onları “Avromeydan Müdafiəçiləri” təşkilatının üzvlərinin əsir aldığı bildirilir. Aralarında zabitlərin müşahidə olunmadığı əsirlər müxalifətçilərin nəzarətində olan çadırlarda yerləşdiriliblər.

Onlara təhlükəsizlik təminatının verildiyi və hazırda Müstəqillik meydanına doğru aparıldıqları da gələn məlumatlar arasındadır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti