Kiyevdən son xəbər: 10 polis ölüb, 20-si yaralanıb
Naməlum şəxs Kiyev konservatoriyasının binasından polisə atəş açıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş nəticəsində 20-dən artıq polis əməkdaşı xəsarət alıb. Ümumilikdə son 3 gün ərzində Ukraynadakı aksiyalarda 10 hüquq mühafizə orqanı əməkdaşı öldürülüb.
Prezident Viktor Yanukoviç isə Ukrayna ordusunun baş qərargah rəisi vəzifəsinə keçmiş Hərbi Dəniz Qüvvələrinin komandiri Viktor İlyini təyin edib.
Vüqar İsmayılov