Ukraynalı radikallar hakimiyyətlə sülhə razı deyil

Ukraynalı radikallar hakimiyyətlə sülhə razı deyil
  20 Fevral 2014    Oxunub:1068
Bu arada ölkənin Müdafiə Nazirliyi ölkədəki aksiyaların yatırılmasında iştirak etməyə hazır olduqlarını bəyan edib.
AzVision.az xəbər verir ki, Ukraynadakı radikal “Sağ Sektor” təşkilatı müxalifətlə iqtidar arasında ötən axşam əldə edilən sülh razılaşmasını tanımaqdan imtina edib.

“Kimsə xalq üsyanını saxta sülh elan etməklə dayandırmaq istəyir. Rəsmən bəyan edirik: “Sağ Sektor” heç bir razılaşma imzalamayıb və buna görə də ayağa qalxmış xalqın mübarizəsi davam edəcək”-deyə millətçi təşkilatın sədri Dmitri Yaroş öz Facebook səhifəsində yazıb.

O həmçinin, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin ölkə boyu antiterror əməliyyatı hazırlamasına münasibət bildirərkən, “rejim qoruyucularını sülhə məcbur edəcəklərini bildirib. Təşkilat 2013-cü ilin 30 noyabrında “Berkut”la toqquşmalarda, prezident administrasiyasına hücumda və digər aksiyalarda aktiv iştirak ediblər.

Bu gün Ukraynada 28 nəfərin ölüm ilə bağlı elan olunan Ümumilli matəm mərasimləri ilə bağlı “Sağ Sektor”un yeni aksiyalar həyata keçirəcəyi güman olunur.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti