Davudoğlu Gəncə sakininə Quran bağışladı - FOTO
Ə.Davudoğlu daha sonra 1918-ci ildə Nuri Paşanın komandanlığı ilə Azərbaycana gələn Qafqaz İslam Ordusunun bayraqlarından biri tapılan evi ziyarət edib. Bayrağı saxlayan Füzuli Hüseynovla söhbətləşən nazir həmin bayrağın hekayəsini dinləyib.
Füzuli Hüseynova türk bayrağı hədiyyə edən xarici işlər naziri bununla yanaşı ona Qurani-Kərim də hədiyyə edib.
Daha sonra Gəncə səfərini dəyərləndirən Əhməd Davudoğlu qeyd edib ki, bir gün içərisində tarixlə zəngin olan gün yaşayıb: “Füzuli bəyin evini ziyarət etdik. Füzuli bəy Nuri Paşanı Gəncədə qarşılayanlardan və onu evində saxlayan Əli Hüseynovun oğludur. Nuri Paşa onu türk bayrağı hədiyyə edib. İllər sonra tapılan bu bayrağı görmək bizə nəsib oldu. Diplomatik səfərlərdən başqa bir gün içində tarixlə dolu bir gün yaşadıq. Allah can Azərbaycana bir daha əsarət göstərməsin. Türkiyə həmişə Azərbaycanın yanında olacaq. Nuri Paşanın nəvələri də Azərbaycanı heç vaxt tək qoymayacaq”-deyə, Türkiyənin xarici işlər naziri əlavə edib.
Sevinc İltifatqızı