Ermənistandan İrana 3,2 milyardlıq yol çəkiləcək

Ermənistandan İrana 3,2 milyardlıq yol çəkiləcək
  19 Fevral 2014    Oxunub:1088
Tikinti işləri 2016-cı ildə başlayacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Ermənistan respublikasının cənub dəmiryolları” adlı layihə Ermənistan hökumətinə təqdim olunub.

Layihələndirmə işlərini həyata keçirən “Rasia FZE” investisiya şirkətinin rəhbərlərindən Cozef Borkovski proektin texniki-iqtisadi əsaslarını baş nazir Tiqran Sarksiyana təqdim edib. Nəzərdə tutulur ki, 300 kilometr uzunluğa malik olacaq Ermənistan-İran dəmiryolu xətti körpülərdən, 60 tuneldən və 27 stansiyadan ibarət olacaq.

Ümumi dəyəri 3,2 milyard dollar dəyərləndirilən layihənin 60%-ni “Rasia FZE” şirkəti öz üzərinə götürəcək. Sənədlərə əsasən tikinti işləri 2016-cı ildə başlayacaq və 2022-ci ildə yekunlaşacaq.
Tiqran Sarksiyanın sözlərinə görə, proyektin reallaşması üçün Yol xəritəsi planı hazırlanmalıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti