Ermənistanda əsgər ölümlərinə görə töhmət verildi

Ermənistanda əsgər ölümlərinə görə töhmət verildi
  19 Fevral 2014    Oxunub:1148
Ermənistanın müdafiə naziri Seyran Ohanyan əsgər ölümünə görə cavabdeh şəxslərə ciddi töhmət verib.
Ermənistanda milli orduda əsgər ölümlərinin gündən-günə artması ölkədə böyük səs-küyə səbəb olub. Odur ki, hökumət ciddi tədbirlərə əl atmağa məcbur qalıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyan əsgər ölümünə görə cavabdeh şəxslərə şiddətli töhmət verməklə bunun qarşısını almağa cəhd etsə də ordudakı vəziyyət bunun mümkün olmayacağından xəbər verir. Çünki bundan əvvəl də əsgər ölümlərinə görə cavabdeh şəxslər cəzalandırılmışdı. Ən dəhşətlisi isə əsgər ölümlərinin rüşvət müqabilində ört-basdır edilməsidir. Bu gün Ermənistanın ayrı-ayrı bölgələrində əsgər ölümlərinə etiraz aksiyaları davam edir.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hərbi qulluqçu Mqer Xlqatyanın döyülməsi ilə bağlı istintaq başa çatıb. Onun işi ilə bağlı aparılan araşdırmaların nəticələrinə əsasən müdafiə naziri Seyran Ohanyan, əsgərin qulluq etdiyi hərbi hissənin komandiri və onun müavininə şiddətli töhmət verilib. Nazirin digər sərəncamına əsasən hərbi hissənin tibb xidmətinin rəisi, kapitan Arman Tadebosyan işindən azad edilərək həbs olunub.

Aykakan Jamanak qəzeti isə yazır ki, yanvarın 20-də guya xəstəlikdən öldüyü bildirilən Edik Şahnəzəryanın şi ilə bağlı araşdırmalar da yekunlaşıb. S. Ohanyanın əmri ilə E. Şahnazaryanın qulluq etdiyi hərbi hissənin komandiri və müavininə şiddətli töhmət verilib.

Əsgər Ayka Makaryanın qətli ilə bağlı araşdırmaların nəticəsinə əsasən hərbi hissənin tibb xidmətinin rəisinə şiddətli töhmət verilib.

Ölən əsgərlərin valideynləri və qohumları isə övladlarının məhkəmə prosesləri zamanı qeyd olunduğu kimi xəstəlikdən deyil, işgəncə və zorakılıq nəticəsində öldürüldüklərini iddia edərək aparılan istintaq prosesinin, eləcə də məhkəmə qərarının ədalətli olmadığını bildirirlər. Onlar müdafiə nazirindən töhmət deyil, qatillərin tapılmasını tələb edirlər.

S. Həsənova


Teqlər:  





Xəbər lenti