“Neftdən asılılığı minimuma endirmək əsas hədəflərdəndir”

“Neftdən asılılığı minimuma endirmək əsas hədəflərdəndir”
  04 Fevral 2021    Oxunub:2029
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin edilməsi üçün Baş nazirin sərəncamı ilə komissiya yaradıldı. 15 gün müddətində işçi qruplarını formalaşdırmalı olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa çatdırmalıdır. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlancaq sənəd eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Strategiya hazırlandıqdan sonra artıq konkret istiqamətlər üzrə fəaliyyətlər elan ediləcək.

"Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" - Deputat
"Eyni zamanda, həmin fəaliyyətlərin səmərəliliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanması məqsədəuyğundur. Vacib məqamlardan biri də Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir.

Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir".

İqtisadçı deputat bildirib ki, fiskal gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir:

"Bu, həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər. Bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir. Bu illərin həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir".

Azvision.az


Teqlər: Neft   Strategiya   Qarabağ  





Xəbər lenti