Banqok dağılır – VİDEO
Çərşənbə axşamı 15 min xüsusi xidmət dəstəsi aktivistləri ələ keçirdikləri inzibati binalar dan qovmaq üçün hərəkətə keçib. Müxalifət Çinavat ailəsinin hakimiyyətdən uzaqlaşmasını tələb edir. Onlar iddia edir ki, hazırki baş nazir Yinqlat Çinavat keçmiş baş nazir olan, mühacirətdə yaşayan qardaşı Taksinin göstərişləri ilə dövləti idarə edir. Müxalifət hakim partiyanı korrupsiya və populizmdə günahlandırır.
Qeyd edək ki, Taylandda növbədənkənar seçkilər fevral ayının əvvəli keçirilsədə krizisə son qoya bilməyib. İlkin islahatların aparılmasına nail olmayan müxalifət seçkiləri boykot edib.