Olland: Fransanın müsəlman əsgərlərə borcu var - VİDEO
Məscidin divarına vurulan mərmər lövhədə hər iki dünya müharibəsində qəhrəmanlıqla həlak olanların adları qeyd edilib.
Mərasimdə çıxış edən dövlət başçısı müharibələrdə Fransanın azadlığı uğrunda yüz minlərlə müsəlman döyüşçünün həlak olduğunu xatırladıb, həmin döyüşçülərin uşaqlarının onların xatirəsini əbədi yaşadacaqlarına və onlarla fəxr edəcəklərinə əminliyini bildirib.
Prezident fransız xalqının dinindən asılı olmayaraq, Fransanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olanları heç vaxt unutmayacağını diqqətə çatdırıb və ölkəsinin burada uyuyan müsəlman əsgərlərə borclu olduğunu bildirib.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, prezidenti mərasim zamanı fransalı müsəlmanlar mərkəzinin başçısı Dalil Bubaker də müşaiyət edib.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın prezident seçildiyindən bəri 2 il ərzində ilk məscid ziyarəti idi.
Teqlər: