Kiyevdə müxalifət partiya qərargahını ələ keçirdi

Kiyevdə müxalifət partiya qərargahını ələ keçirdi
  18 Fevral 2014    Oxunub:1052
Ümumilikdə, binaya 200 nəfərin daxil olduğu bildirilir.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kiyevin Lipsk küçəsində müxalifətçilər Regionlar partiyasının qərargahını ələ keçiriblər.

Onların binaya ehtiyat qapıdan daxil olduğu bildirilir. Qərargahdakılar təcili şəkildə ofisi tərk ediblər. Bəzi Ukrayna KİV-ləri ofis işçilərindən birinin girov götürüldüyünü və sonra isə döyərək azadlığa buraxdığını yazıb.

Ətrafdakı maşınlara da od vuran müxalifətçilər ofisdən sənədləri çıxardıb. “Batkovşina” partiyasından parlament deputatı olan Lesya Orobets sənədlərin bir hissəsinin yandırıldığını, bir hissəsinin isə tədqiq olunmaq üçün saxlanıldığını bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti