Ukrayna müxalifəti Merkeldən kömək istədi
Görüşdən sonra keçirilən mətbuat konfransında Merkel, Arseniy Yaçenyuka “zorakılıq və qan axıdılmasına” qarşı olduğuna görə öz təşəkkürünü bildirib. Yaçenyuk isə öz növbəsində Ukraynada idarəetmənin prezident idarəetmə formasından parlament-prezident formasına keçməsinin vacibliyini önə çəkib.
“Biz parlamentdən tələb edirik ki, parlament-prezident idarəetməsinə keçidi müəyyən edən xüsusi qanunverici sənəd qəbul etsin”.
Yaçenyuk ikinci addım kimi koalisiyalı hökumətin formalaşdırılmasını təklif edir.
“Ukraynayönlü, Avropayönlü hakimiyyət formalaşmalıdır, korrupsioner hakimiyyət yox”-deyə Yaçenyuk bildirib.
Öz növbəsində “UDAR” partiyasıının sədri Vitali Kliçko Merkeldən Ukraynaya qarşı sanksiyalar tətbiq olunmasını xahiş edib. Onun fikrincə, Avropa Birliyi hazırki hakimiyyətdə olan şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq etməlidir.
Hər iki müxalifət lideri həmçinin, Rusiyanın ölkənin daxili işlərinə qarışmaqda ittiham ediblər.
“Rusiya öz qonşusu olan Ukraynaya qarşı şəffaf siyasət yeritməlidir”-deyə müxalifətçilər bildirblər.
Vüqar İsmayılov