Cənubi Koreyada tələbə şənliyində faciə

Cənubi Koreyada tələbə şənliyində faciə
  18 Fevral 2014    Oxunub:899
Binanın çökməsi nəticəsində azı 10 nəfər həlak olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Kençju şəhərindəki tələbə şəhərciyində baş verən çökmə nəticəsində 10 nəfər həlak olub, 100-dən artıq insan isə xəsarət alıb.

İlkin məlumatlara görə, binanın damına yığılan qarın təsiri ilə tavan insanların üzərinə düşüb. Birinci kurs tələbələrinin şənlik keçirdiyi zaman baş verən insident zamanı dağıntılar altında 9 tələbə və 1 məclis təşkilatçısının cəsədi çıxarılıb. Daha 3 tələbə və 11 təşkilatçının taleyi barədə məlumat yoxdur. Ümumilikdə, hadisə zamanı ərazidə 500 nəfər olub.

Hadisə yerində 400 xilasedici axtarış əməliyyatını davam etdirirlər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti