Səudiyyə Suriya rəhbərliyini günahlandırdı

Səudiyyə Suriya rəhbərliyini günahlandırdı
  18 Fevral 2014    Oxunub:1010
Səudiyyə Ərəbistanı Suriya rəhbərliyini "Cenevrə-2"nin uğursuzluğunda günahlandırıb.

Səduiyyə Ərəbistanı Suriya rəhbərliyini həmin ölkədə təxminən üç il davam edən münaqişənin həllinə yönəlmiş "Cenevrə-2" konfransının uğursuzluğunda günahlandırıb. Bu barədə AzVision.az İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Ərəb krallığının nazirlər şurasının rəsmi məlumatında "Suriya xalqının əzablarına son qoya bilən "Cenevrə-2"nin real nəticələrə nail ola bilmədiyindən təəssüflər" ifadə edilir.

Rəsmi Ər-Riyad buna görə məsuliyyəti "inadcıllıq göstərdiyi", həmçinin Səudiyyə Ərəbistanının fikrincə, "Cenevrə-1" konfransında təsdiq edilmiş məqsədlərdən yayındırmaq istədiyi üçün Dəməşqin üzərinə qoyub.

Bundan öncə Suriya hakimiyyəti dəfələrlə Səudiyyə Ərəbistanını güc yolu ilə prezident Bəşər Əsədi devirmək məqsədilə SAR-dakı silahlı müxalifəti dəstəkləməkdə ittiham edib.



Teqlər:





Xəbər lenti