Yastığın altından silah-sursat çıxdı - FOTO

Yastığın altından silah-sursat çıxdı -   FOTO
  25 Yanvar 2021    Oxunub:2800
Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub.



Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti