Polis iki nəfərin tüfəngini müsadirə etdi

Polis iki nəfərin tüfəngini müsadirə etdi
  23 Yanvar 2021    Oxunub:1077
Şamaxı və Goranboy sakinlərindən qanunsuz silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Goranboy polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə F. Aslanovun Safikürd kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan SVD markalı tüfəng və 140 ədəd tüfəng patronu aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 2-ci Çaylı kənd sakini S. Həbibovdan müvafiq sənədləri olmayan TOZ markalı ov tüfəngi götürülüb.


Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti