Xaçmazda köşk yandı

  23 Yanvar 2021    Oxunub : 725
Xaçmazda köşk yandı
Xaçmaz rayonunun Palçıqoba kəndində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü 18 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, köşkün qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Xaçmaz   Yanğın   FHN