FHN-in hospitalında həkimlərimizin COVID-19-la mübarizəsi davam edir
22 Yanvar 2021
Oxunub:834
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumatda bildirilir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli Hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.
Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.