Avropa ABŞ-a qarşı yeni rabitə xətti yaradır

Avropa ABŞ-a qarşı yeni rabitə xətti yaradır
  17 Fevral 2014    Oxunub:1222
Bu barədə təkliflə Almaniya kansleri Angela Merkel çıxış edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilmiş Angela Merkel Avropa kommunikasiyan təhlükəsizliyinin artırılması üçün yeni təkliflə çıxış edib.

Onun fikrincə, insanların şəxsi məlumatlarının yer aldığı elektron məktubların və s. avtomatik olaraq ABŞ ərazisindən keçməsinin qarşısını almaq lazımdır.

Bununla avropalıların yüksək informasiya təhlükəsizliyinin təmin olunacağı gözlənilir. Bu ideyanı Merkel fevralın 19-da fransalı həmkarı Fransua Ollandla görüşdə müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, oktyabrın sonlarında ABŞ kəşfiyyatının bir neçə il ərzində Almaniyalı kanslerin telefonunu dinlədiyi üzə çıxmışdı.

Merkel şəxsən mobil telefonun dinlənilməsindən narazılığın ifadə etmişdi. Amerika prezidenti Barak Obama isə Merkelin telefonun dinlənilməsi ilə bağlı şəxsən məlumatlı olmadığın bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti