Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 79 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 47 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 32 m² olan birmərtəbəli evin pəncərə çərçivəsi 3 m² sahədə yanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az